Azərbaycanın MMA döyüşçüsü Elnar İbrahimov “NFC fight”da (Naiza Fighting Championship) növbəti görüşünə çıxıb. Arazmedia.Az xəbər verir ki, 61 kq-da mübarizə aparan idmançı Ermənistan təmsilçisi Varşan Gevorqyanla üz-üzə gəlib. Qazaxıstanın Almatı şəhərində baş tutan döyüşdə İbrahimov erməni rəqibini bütün raundlarda üstələyərək mütləq qələbə qazanıb. Qeyd edək ki, Elnar İbrahimovun aktivində 17 qalibiyyət və 5 məğlubiyyət var. Share