DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Millət vəkilindən ciddi təklif

3 dəqiqəyə oxunur

“Müzakirə olunan qanun layihəsi ölkənin iqtisadi strategiyası ilə tam üst-üstə düşür. Bununla yanaşı, ikinci oxunuşun tələblərinə uyğun olaraq bəzi fikirlərimi səsləndirləmək istərdim. Qanun layihəsində də qeyd olunduğu kimi, bu Qanunun əsas mahiyyəti dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarının müəyyən edilməsi istiqamətini özündə əhatə etməkdən ibarətdir”.


Bu sözləri Milli Məclisin bu gün – iyunun 25-də keçirilən növbədənkənar iclasinda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edərkən millət vəkili Aydın Hüseynov söylədi. Qanun layihəsində təşkilati baxımdan hansı nüansları görmək istədiyini dilə gətirən millət vəkili vurğuladı ki, layihədə istehsalçı, təchizatçı və istehlakçı; bax, bu üç parametrlər arasında gedən münasibətlər tənzimlənir. Hesab edirəm ki, başlıca ideya burda istehsalçı ilə istehlakçı arasındakı keçid mərhələsini təşkilatı baxımdan bir-birinə yaxınlaşdırmaq daha yaxşı olardı. Bunun içində sayğacların dyisdirilməsi maddələrdə göstərildiyi kimi, 11-ci maddə və digər maddələr də var ki, burda öz əksini tapıb. Məsələn, istehlak olunan enerjinin hesablanması və digər maddələrdə, deyək ki, 12-ci maddədə sayğacların dəyişdirilməsi və sair. Düşünürəm ki sayğacların dəyişdirilməsi və onun hesablanması sərbəst bir qurum tərəfindən həyata keçirilməlidir. Əgər bu təchizatçı tərəfindən həyata keçirilirsə, əlbəttə bu təchizatçının hər hansı bir formada marağını və yaxud da hesabatlarını onun istədiyinə uyğunlaşdırmaq alt fikri də ola bilər. Ona görə də bunu hesablayan, o sayğacları dəyişdirən heç bir qurumdan, yəni nə istehsalçıdan, nə istehlakçıdan nə də ki, təchizatçıdan asılı olmayan sərbəst bir qurum olması daha effektli olar və maddədə öz əksini tapsa çox gözəl olar”.


Millət vəkili çıxışına davam edərək əlavə etdi ki, analoji bir misal deyim, milli məclisdə də dəfələrlə səslənib, məsələn, kəndli məhsulunu istehsal edib. Bizim isə istəyimiz ondan ibarətdir ki, istehsal olunan kənd məhsulları öz istehsalçısına vasitəçisiz çatdırılsın: -“Təbii ki, bu analogiya bir-birinə tam uyğun olmaz. Sadəcə olaraq onun mahiyyətini demək istəyirəm ki, burda da istehsalçı ilə istehlakçı arasındakı yaxınlaşma nə qədər çox olsa, bir o qədər effektli ola bilər ki, bu da idarəetmə punktunda özünü tapsa, hesab edirəm ki, daha effektli olmasını təmin etmiş olar.


Deputat Aydın Hüseynov çıxışı zamanı onu da əlavə etdi ki, burda biz adlarını da dəfələrlə qeyd elədik, istehlakçı ın hüquqları ilə bağlı maddələr də öz əksini tapmalıdır. Düzdür belə bir fikir ortaya çıxa bilər ki, bilər ki, istehlakçıların hüquqları ilə bağlı ayrıca qanun layihəsi və qanun var. Burda isə konkret sahə üzrə olduğu üçün və konkret də enerji istifadəçilərinin, istehlakçılarının hüquqları və vəzifələri ilə bağlı maddələr də öz əksini tapsa, daha gözəl olar.
Sonda millət vəkili sual doğuran növbəti məsələ üzərində dayandı: -“Biz, xüsusilə bu seçkidə qanun layihələrində tez-tez Avropa standartlarını nümunə göstəririk. Bu özü özlüyündə yaxşıdı, ancaq dünyanın elə ölkələri var ki, orda daha.mükəmməl, daha effektli təcrübələr var. Bəlkə konkret Avropa yox, Avropa standartları, və yaxud Avropa təcrübəsi yox, ümumən dünyanın özündəki ən nümunəvi.təcrübələrin adını çəkək.