Masallı rayonunda qətl hadisəsi baş verib.
Asiya TV-nin məlumatına görə, 04.02.1975-ci il təvəllüdlü rayon sakini Musazadə Tahir Ələmdar oğluna 25 iyun 2021-ci il il tarixində, gecə saat 4 radələrində qeydiyyatda olduğu Masallı şəhəri Qarabağ küçəsi Ev 13, Mənzil 20 ünvanında şəxsiyyəti hələki istintaqa məlum olmayan şəxs və ya şəxslər tərəfindən çoxlu sayda xəsarətlər yetirilib.
Yaralı Masallı Rayon Mərkəzi Хəstəxana, daha sonra Masallı Bioloji Təbabət Klinikasına aparılıb.
Həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.
Meyitə ilkin baxış keçirilərkən bədəninin müxtəlif nahiyələrində bıçaqla kəsilmiş-deşilmiş xəsarətlər və odlu silahdan açılan atəş nəticəsində çoxsaylı yaralar aşkar edilib.
Hadisənin təfərrüatları və kimin tərəfindən törədildiyi araşdırılır.
Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.