Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd edilib ki, 26 İyun – Silahlı Qüvvələr Günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir. Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi, 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.