Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın 55 bank və maliyyə təşkilatına qarşı 3 il müddətinə sanksiya tətbiqinə dair müvafiq fərmanlar imzalayıb.
Arazmedia.Az xəbər verir ki, ölkə başçısının fərmanları ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair” 18 iyun tarixli qərarları qüvvəyə minib.
Rusiyanın bir sıra iri aviaşirkətlərinə qarşı da sanksiyalar tətbiq olunub.