Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskvanın Jitnaya küçəsindəki binasında baş vermiş yanğın söndürülüb.
Arazmedia.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin paytaxt üzrə Baş İdarəsinin mətbuat xidmətindən TASS-a bildirilib.
“Altıncı mərtəbədəki texniki otaqlardan birində tüstüləmə baş verib və tədricən yayılıb. Xəsarət alan yoxdur”, – məlumatda belə deyilir.
TASS təcili yardım xidmətindəki mənbəyə istinadən xəbər verib ki, yanğının sahəsi 10 kv/m olub, yanğın söndürülüb.
Öz növbəsində, DİN soyutma sisteminin həddindən artıq yüklənməsinin server otağında tüstüləməyə səbəb olduğunu açıqlayıb.