Türkiyənin Konya şəhərində “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi başlayıb.
Arazmedia.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
NATO-nun faktiki iştirakı ilə keçirilən beynəlxalq “Anadolu Qartal-2021” təlimində Azərbaycan, Qətər, Pakistan hərbçiləri iştirak edir. Təlim bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və kombinə əməliyyatlar üçün təlim səviyyələrini artırmaq məqsədi daşıyır.
Hərbi pilotlar hava məkanının uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını və marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, o cümlədən uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçirirlər.
Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd “MiQ-29” qırıcı və 2 ədəd “Su-25” hücum təyyarəsi iştirak edir.