Qəbələ Müalicə Diaqnostika Mərkəzində Vətən Müharibəsində yaralanmış qazilərimizlə Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ RMX Publik – Hüquqi Şəxsinin, Qəbələ MDM Publik – Hüquqi Şəxsinin rəhbərliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Arazmedia.Az xəbər verir ki, görüşdə Vətən müharibəsində yaralanmış qazilərimizin səhhətləri ilə bir daha maraqlanılmış, onları narahat edən məsələlər müzakirə olunmuşdur. Qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı müzəffər Ali Baş Komandan İlham Əliyeviə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.