Gürcüstanda ötən sutkada koronavirusa 671 yeni yoluxma halı təsdiqlənib, 17 nəfər vəfat edib. Arazmedia.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 357 591 nəfər yoluxub, onların 5 131-i ölüb. Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 657 nəfər artaraq 343 377 olub. Share