İqtisadiyyat naziri Mikayıl Cabbarov AYİB-in səlahiyyət müddəti başa çatan nümayəndəsi İvana Duarteni qəbul edib.
Arazmedia.Az-ın məlumatına görə, bu barədə nazir özünün sosial media hesabında yazıb.
“Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri kimi səlahiyyət müddəti başa çatan xanım İvana Duarteyə Azərbaycan-AYİB əlaqələrinin inkişafına töhfələrinə, Bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihə və təşəbbüslərə görə təşəkkür edirəm. İnanıram ki, xanım İvana Duartenin Beynəlxalq Maliyyə Korporasiyasında (IFC – International Finance Corporation) fəaliyyəti zamanı da səmərəli əməkdaşlığımız davam edəcək”, – deyə nazir qeyd edib.