“Qəbələ”nin U-19 və U-17 komandaları növbəti oyunlarını keçirib.
Arazmedia.az Rezonans.az-a istinadla xəbər verir ki, təmsilçilər AFFA tərəfindən təşkil olunan “Gənclər Kuboku” və “U-17 Kuboku”nun final görüşlərindən qalib ayrılmışlar.
Famil Xəlilovun baş məşqçisi olduğu U-19 komandası final görüşündə Sabah komandasına, Zaur Hacıyevin çalışdırdığı U-17 komandası isə Qarabağ futbol klubunun həmyaşıdları ilə görüşündə qalib gələrək qızıl medallara layiq görülmüşlər.
Bununla da Qəbələ Futbol Akademiyası yüz faizlik nəticə göstərərək mövsümü 2 qızıl medalla başa vurub.