Nigeriyanın Niger əyalətində motosikletdən istifadə etmək qadağan olunub.
Arazmedia.Az Unikal.org-a istinadən xəbər verir ki, vilayət valisi Əhməd Ketso bu barədə jurnalistlərə açıqlama verib. O, son aylarda silahlı dəstələrin tez-tez hücum etdiyi ölkənin şimalındakı əyalətdə motosikletlərin istifadəsinin qadağan olunduğunu deyib.
Ketso qadağanın əyalətdəki insanların həyatını və əmlakını qorumaq üçün bir addım olduğunu vurğulayıb.