DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir – Millət vəkili yazır

3 dəqiqəyə oxunur

Azərbaycan-Türkiyə münasibətləri hər bir sahəni əhatə edən sıx əməkdaşlıqlar əsasında uğurla inkişaf etdirilir. Münasibətlərin yüksək səviyyədə olması ölkələrimizin davamlı inkişafına öz töhfəsini verir.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf tarixinə nəzər salsaq görərik ki, ölkələrimiz arasında dostluq-qardaşlıq münasibətlərin qurulmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Səmimi dostluq və qardaşlıq təməlləri əsasında qurulan münasibətlərimizin təməlində ulu öndər Heydər Əliyevin söyləmiş olduğu  “Bir millət, iki dövlət” fikirləri dayanır. Bu müdrik fikirlər zamanla öz təsdiqini tapmış və bu gün iki ölkə arasında olan münasibətlər özünün zirvə nöqtəsinə çatmışdır. Azərbaycan-Türkiyə münasibətləri son dövrlərdə isə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Təbii ki, ölkələrimizin münasibətlərinin inkişafının, qardaşlıq-dostluq tellərinin möhkəmlənməsinin əsasında dövlət başçılarının da mühüm xidmətləri vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Resublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında olan şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrimizin də münasibətlərinin bu əsasda qurulmasının və inkişaf etdirilməsinin əsasını təşkil edən mühüm prinsiplərdən biridir. Biz dəfələrlə şahidi olmuşq ki, Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirir. Eyni zamanda dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.

Ölkələrimizin ortaq olaraq həyata keçirdikləri enerji  və nəqliyyat layihələrinin regional, eyni zamanda beynəlxalq əhəmiyyətə malik olması Azərbaycan-Türkiyə müttəfiqliyinin də dünya ölkələri tərəfindən qəbul edilməsinə gətirib çıxarır. Çünki məhz müttəfilq olan bu iki ölkə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar. Eyni zamnda Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir.

Qardaş Türkiyə Respublikası Azərbaycana ən yaxın strateji tərəfdaşı olan ölkədir. Biz bunu 27 sentyabrda Vətən Müharibəsi başlanan ilk anlarda bir daha gördük. Həmçinin bütün dünya bu birliyin, həmrəyliyin şahidi oldu. Bu vaxta qədər də ölkələrimiz arasında müxtəlif layihələr, xüsusilə də iqtisadi-ticari layihələr həyata keçirilib. Ancaq Vətən Müharibəsində ölkəmizin əldə etdiyi möhtəşəm Zəfər regionda, eyni zamanda dünyada yeni reallıqlar yaratmış oldu. Məhz bu yeni reallıqlardan irəli gələrək Azərbaycan-Türkiyə münasibətləri də yeni mərhələyə qədəm qoymuşdur.

Vətən Müharibəsi günlərində qardaş Türkiyənin ölkəmizə siyasi dəstəyi hər an, hər gün hiss olurdu. Bu  gün isə artıq siyasi müstəvidə olan münasibətlər hər iki ölkənin iqtidar partiyaları olan YAP və AKP arasında müntəzəm şəkildə davam etdirilməkdədir.

YAP nümanyəndə heyətinin Türkiyəyə səfəri və AKP-də ən ali səviyyədə görüşlərin keçirilməsi partiyalarımız arasında yeni mərhələnin başlanğıcı hesab edilir.

Hər iki partiya arasında əməkdaşlığa dair imzalanmış niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcəkdir. Partiya liderləri arasında olan dostluq münasibətləri YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcəkdir. Dövlət başçılarının təbirincə demiş olsaq, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir və dünyanın siyasi xəritəsində bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır.

Milli Məclisin deputatı Cavid Osmanov