Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan ermənilərin Azərbaycan muzeylərini talan etməsinə dair məlumat paylaşıb.
Arazmedia.Az xəbər verir ki, o, Şuşa işğaldan azad olunmamışdan bir neçə gün əvvəl şəhərdən xalçaları çıxaran erməninin fotosunu paylaşaraq deyib:
“Bu sürücü Armen Xaçatryandır. O, noyabrın 1-nə keçən gecə düşmənin atəşi altında olduğu üçün avtomobilin işığını söndürüb və Şuşa xalça muzeyinin eksponantlarını Yerevan Tarix Muzeyinə, Milli Qalereyaya daşıyıb. Armen 160 xalça, xalı və kilim, 30 saxsı qab, 50 rəsm əsərini apara bilib. Həmin vaxt Şuşa-Aqavno yolu tamamilə atəşə tutulmuşdu”.