Kəlbəcərdə minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovla vida mərasimi başlayıb.
Arazmedia.Az Unikal.org-a istinadən xəbər verir ki, mərasim Binəqədi rayonu, Rəsulzadə qəbəbəsindəki evində keçirilir.
Şəhid jurnalist Abşeron rayonu, Müşviqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarı yanında dəfn olunacaq.