Qaradağ Rayon İcra Hakimiyyətində müşavirə: Natiq Əliyev ciddi tapşırıqlar verdi
1 dəqiqəyə oxunur
Share
Qaradağ rayonunda kommunal məsələlərlə bağlı müşavirə keçirilib
Arazmedia.az xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə İcra Hakimiyyəti başçısı aparatının sektor müdirləri, kommunal xidmət qurumlarının və MKTB-nin rəhbərləri, qəsəbə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev rayon ərazisinə baxış zamanı qəsəbələrdə mövcud problemlərlə yerində tanış olduğunu bildirib.
Müşavirədə su və kanalizasiya, elektrik və qaz təchizatı, yolların vəziyyəti, kommunal qazıntılardan sonra örtüyün bərpası, yağış suları və subasma riski ilə bağlı məsələlər müzakirə olunub, xidmət rəhbərlərinin məlumatları dinlənilib.
Natiq Əliyev problemlər baş verməmişdən əvvəl risklərin müəyyənləşdirilməsinin və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Müşavirənin sonunda hər bir problem üzrə məsul şəxsin və icra müddətinin müəyyən edilməsi, operativ məlumat mübadiləsinin təmin olunması, görülən işlərin nəticələrinin yoxlanılması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.