UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab görüşlərinə bu gün start veriləcək.
Arazmedia.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Bolqarıstanda ÇSKA-nın qonağı olacaq.Sofiyadakı “Vasil Levski” arenasında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edəcək.Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb.
