“Sabah” komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün Finlandiyada “KuPS” ilə qarşılaşacaq. Arazmedia.az xəbər verir ki, bu raundun cavab matçı Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər Mərkəzi Stadionunda start götürəcək. Oyunu İsraildən olan FIFA referisi Qal Leyboviç idarə edəcək. Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə məğlub edib. Share