
Jurnalist Fariz Quliyev prezident İlham Əliyevə sosial şəbəkələr vasitəsi və mətbuat vasitəsi ilə müraciət edib.
Hörmətli cənab Prezident!
Naxçıvanın Şahbuz rayonunda ailəmlə yaşayıram. İki qardaşım qazidir. Bu günədək heç bir dövlət qayğısı filan görməmişik, heç hiss belə etməmişik. 50 illik şəxsi ata həyətimizdə yaşamaq və yaşatmaq üçün dükan tikməyimizə dövlət orqanları və məmurlar imkan vermirlər.
Şahbuz rayon İcra Hakimiyyəti, Naxçıvan şəhərsalma komitəsinin, bu da onun üstünə atır günahı.
Nəticədə, olan bizim ailəmizə olur.
Qeyd edim ki, bu saat Şahbuz tikinti meydançasına bənzəyir. Hər kəs hansısa bir maraq qarşılığında tikir!
Deməli, bu ayrıseçkilik, qadağa tək bizə, iki Qazisi olan müqəddəs müəllim ailəmizə qoyulur.
Naxçıvan üzrə səlahiyyətli nümayəndəniz Ceyhun Cəlilov da, problemdən xəbərdardır.
Sizdən xahiş edirəm ki, bu haqq işimizdə, bizə, imtiyazlı ailə olaraq, müvafiq köməklik edəsiniz.
Hörmətlə,
Fariz Quliyev
Arazmedia.Az
