
Bir neçə ildir ki, Azərbaycan hökuməti ilə yaşam uğrunda mübarizə aparırıq. Artıq siyasi problemlər qəti yada düşmür. Nəhayət ki, bizi bir neçə gün öncə Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov qəbul etdi.
Aldığımız məlumata görə, şəxsən gəlib bizim şəxsi həyətimizə də baxıb və yerindəcə aid qurumlara müvafiq tapşırıqlar verib. Amma nə fayda? Görünür, qurum rəhbərləri onu saymır. Əks-təqdirdə bizə mane olmazdılar. Belə ki, tikəcəyimiz obyekt yoldan otuz metr guya aralı deyilmiş…
Bunu bəhanə edirlər. Yaxşı görək Şahbuzda hansı obyekt yoldan otuz metr kənardadır? Birmənalı deyirik ki, heç biri. Deməli, Naxçıvan rəhbərliyi iki qazi oğlanları olan ailəni, yarım əsr iş fəaliyyətləri olan müəllim valideynlərin əməyini saymırlar. Belə olanda da ölkə rəhbərliyindən israrla tələb edirik. Bizi vətəndaşlıqdan çıxarın. Qalan ömrüm üzü yaşamağa mane olunmayan dövlətdə başa vuraq! Qazi ailəsi adından Fariz Quliyev.
Araz Media xəbər portalı
