
Artıq bir müddətdir Naxçıvanın Şahbuz rayonunda icra başçısının lotu ,qanunazidd əməllərindən yazılar tirajlanır.
Sosial şəbəkə seqmentlərində bu faktlar daha qabarıq formada gözə çarpır.
Maraqlı odur ki, bir nəfər də rəsmi şəxs problemlə maraqlanmayıb.
Söhbət vətənə 2 qazi oğul bağışlamış ailədən gedir. Ailənin yaşamını təmin etmək üçün ailənin öz şəxsi həyətlərində dükan tikmək istəməsindən gedir.
Belə ki, icra başçısı “müqəddəslərin” ruhuna and içib ki, nə olur-olsun, o, ailəyə tikintiyə icazə verməyəcək!
Qazi ailəsi prezidentə, səlahiyyətli nümayəndəyə dəfələrlə teleqramlar vurub, müraciətlər etsə də, Qazi ailəsinin haqlı şikayətinə baxan yoxdur ki, yoxdur…
Problem həllini tapanadək gündəmdə saxlanılacaq.
Araz Media xəbər portalı
