
Redaksiyamıza məlumat verən Natella Məmmədova bildirir ki, 45 ilin təqaüddə olan müəllimidir. Onun həyat yoldaşı da ali dərəcəli müəllimdir (vəfat edib).
İki oğlu müharibə iştirakçısı olan müəlliməni şəxsi, kupçalı həyətində yaşamaq üçün, dolanışıq üçün, dükan tikməyə qoymurlar. Görünür ki, Naxçıvanda səlahiyyətli nümayəndəni də, mərkəzi Azərbaycan Hakimiyyətini də Şahbuzun başçısı saymır. Çünki təxminən hər dəfə prezident İlham Əliyev, müharibə iştirakçılarına şərait yaradın deyir. Amma nə fayda? Şahbuzun başçısı buna məhəl qoymur.
Bu halda igid oğulların ailəsi acından ölməlidir? Xatırladaq ki, onlarla insan Şahbuz idarəetməsindən narazıdır.
Arazmedia.az
