
Arazmedia.az xəbər verir ki, 21.03.2026-cı il tarixində Ələt qəsəbəsinin İdris Mehdiyev küçəsində bir qrup sakinlərin təşəbbüsü ilə azyaşlılar üçün təşkil olunan bayram şənliyi hər kəsin yaddaşında xoş iz buraxdı.
Bu gözəl təşəbbüsün əsas məqsədi milli adət-ənənələrimizi yaşatmaq, onu gələcək nəsillərə sevdirərək ötürməkdir.
Uşaqların sevinc dolu anları, səmimi gülüşləri bir daha göstərdi ki, birlik və həmrəylik olan yerdə bayram daha gözəl olur. Bu cür tədbirlər cəmiyyətimizin mənəvi dəyərlərinin qorunmasına xidmət edir.
Bir daha bütün Ələt qəsəbəsi sakinlərini və Azərbaycan xalqını bayramlar münasibətilə təbrik edir, hər evə sevinc, ruzi-bərəkət arzulayırıq.
Bayramınız mübarək!
