
Bu gün Ələt qəsəbəsində yerləşən 110 nömrəli məktəbdə bədii ədəbiyyata və qədim ədəbi janrlara həsr olunmuş “Sehrli Xalat” adlı maraqlı və yadda qalan tədbir baş tutdu.
Arazmedia.az xəbər verir ki, tədbirdə məktəbin rəhbərliyi, dəyərli müəllim heyəti və şagirdlər iştirak edərək ədəbiyyatın gözəlliyini və mənəvi dəyərini bir daha nümayiş etdirdilər.
Yüksək səviyyədə təşkil olunan bu tədbir maraqlı səhnəciklər, şagirdlərin çıxışları və ədəbi nümunələrlə zəngin olub, iştirakçılara unudulmaz anlar yaşatdı. Ədəbiyyatın sehrini hiss etdirən tədbir gözəl bir sonluqla yadda qaldı. Bu gözəl tədbirin ərsəyə gəlməsində əməyi keçən məktəb rəhbərliyinə və müəllim kollektivinə təşəkkürümüzü bildiririk.
