DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Şahbuzun icra başçısı Qazi Ailəsini nə üçün ÜSYAN-a qaldırır?-İDDİA

1 dəqiqəyə oxunur

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon sakinləri icra başçısı Rəfael Babayevdən şikayət edirlər. Onlardan biri də, Natella Məmmədovadır.

Natella Məmmədova təqaüdçü müəllimədir. Onun iki oğlu müharibə iştirakçısıdır. Biri İ qrup müharibə əlili, o biri isə müharibə veteranıdır.

Dövlətin imtiyaz və qayğılarından məhrum olan həmin ailənin bir manat da olsa, bir yerdən gəliri yoxdur bu dövrdə.

İgid oğlanlarını və onların ailələrini yaşatmaq üçün 50 illik şəxsi həyətində dükan tikmək istəyir. Hansı ki, belə işləri başqa yerlərdə dövlət hesabına edirlər ki, imtiyazlı vətəndaşlar əziyyət çəkməsinlər. Şahbuzun icra başçısı isə min bir variantla ona öz hesabına iş görməyə mane olur.

Məsələ ondadır ki, Şahbuz rayonu tikinti meydançasına bənzəyir, bu saat. Hamı nə yollasa, nə səbəbə görə isə obyekt tikir. Başçının bu ailəyə bəhanəsi odur ki, guya tikəcəkləri obyekt yolun mühafizə zolağından otuz metr uzaq olmalıdır.

Xatırladırıq ki, indi tikintiyə icazə verilməyən boş sahə 15 il bundan əvvələ kimi Məmmədovanın olub!

Halbuki o biri tikintilər yoldan otuz metr nədir, heç iyirmi metr də aralı deyil. Bununla əlaqədar N. Məmmədova Naxçıvan Ali Məclisinə, Azərbaycan Milli Məclisinə, Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsinə, Naxçıvanın İnsan Hüquqları üzrə Müvəkkilinə dəfələrlə müraciətlər etsə də, müraciətinə nədənsə baxan olmayıb… Nəhayət, Natella Məmmədova mətbuat vasitəsi ilə Prezidentə və Birinci vitse-prezidentə müracət edərək probleminin həllinə kömək istəyir.

Problem layiqli həllini tapana qədər məsələni gündəmdə saxlayacağıq.

Arazmedia.Az