
Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət müraciət edib.Bu barədə Arazmedia.az-a nazirlikdən məlumat verilib.
Nazirlik Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi zaman aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır:- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
