
Azərbaycan musiqi mədəniyyəti hər zaman yeni istedadların yetişməsi ilə zəngin olub. Bu gün həmin istedadlı gənclərdən biri də sintez ifaçısı Elsevər Lənkəranlıdır.
O, özünəməxsus ifa tərzi, zəngin musiqi duyumu və səhnə mədəniyyəti ilə qısa müddətdə dinləyicilərin rəğbətini qazanmağı bacarıb.Elsevər Lənkəranlı musiqiyə uşaqlıq illərindən böyük maraq göstərib. İlk addımlarını məhz ailəsinin və müəllimlərinin dəstəyi ilə atan gənc musiqiçi, zamanla sintez alətinin incəliklərini dərindən mənimsəyərək peşəkar səviyyəyə yüksəlib. O, klassik Azərbaycan musiqisi ilə müasir ritmləri ustalıqla birləşdirərək dinləyiciyə fərqli və rəngarəng bir musiqi dünyası təqdim edir.Gənc ifaçının repertuarında xalq havaları, muğam parçalarının instrumental versiyaları, eləcə də müasir bəstələr xüsusi yer tutur.
Elsevərin əsas məqsədi Azərbaycan musiqisinin zənginliyini yeni üslubda təqdim edərək onu gənc nəsilə daha da sevdirməkdir. Bu istiqamətdə o, daim öz üzərində çalışır, yeni layihələr üzərində düşünür və yaradıcılıq axtarışlarını davam etdirir.Elsevər Lənkəranlı təkcə ifaçı kimi deyil, həm də musiqiyə könüldən bağlı bir sənət adamı kimi tanınır. Onun üçün musiqi sadəcə səhnə fəaliyyəti deyil, həyat tərzidir. Hər bir ifasında dinləyiciyə sevgi, səmimiyyət və ruh yüksəkliyi bəxş etməyi qarşısına məqsəd qoyan gənc musiqiçi, bu yolda inamla addımlayır.Əminliklə demək olar ki, Elsevər Lənkəranlı gələcəkdə Azərbaycan musiqi səhnəsində daha böyük uğurlara imza atacaq, istedadı və zəhməti ilə adından söz etdirməyə davam edəcək.
Onun yaradıcılıq yolu gənc nəsil üçün həm nümunə, həm də ilham mənbəyidir.
Hacıağa Qayıbov
Arazmedia.az
