DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq

1 dəqiqəyə oxunur

Azərbaycanda dövlət müəssisələri xalis mənfəətdən dividend ödəməyə gələn ildən başlayacaq.

Arazmedia.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dividend siyasəti qaydalarına əsasən dövlət müəssisələri xalis mənfəətinin 30%-i məbləğində dövlət büdcəsinə dividend ödəyəcək. Dividend ödənişləri cari ildən başlayaraq proqnozlaşdırılacaq və 2027-ci ildən dövlət büdcəsinə ödəniləcəkdir.

Mənfəəti az olan, Ölkə Başçısı tərəfindən müddətli azad edilən, səhmləri xarici birjaların listinqində olan və cəmi kapitalı nizamnamə kapitalından az olan dövlət müəssisələri isə müvafiq dövr üzrə dövlət büdcəsinə dividend ödənişlərindən azad edilir.