Dekabrın 29-da ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Arazmedia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 232, o cümlədən borclu şəxs qismində axtarışda olan 214 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.
