
Daxili İşlər Nazirliyi bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət edib.
Arazmedia.az xəbər verir ki, müraciətdə deyilir: “Əziz hərəkət iştirakçıları! Bayram günlərində paytaxtdan bölgələrimizə üz tutan, tətil ərəfəsində səfərə çıxan vətəndaşların sayında çoxluq müşahidə olunur. Bu isə yollarda nəqliyyat sıxlığının yaranmasına və qəzaların baş vermə ehtimalının artmasına səbəb olur. Arzuolunmaz hadisələrin qarşısını almaq və risklərdən sığortalanmaq üçün tətil günlərində daha diqqətli və məsuliyyətli olmaq, sadə qaydalara riayət etmək vacibdir.- avtomobilin texniki sazlığını yoxlayın;- günün erkən saatlarında yola çıxın;- sərxoş və ya yuxulu halda sükan arxasına əyləşməyin;- təhlükəsizlik kəmərindən istifadə edin;- sürət həddini yol və hava şəraitinə uyğun seçin;- ötmə və manevr qaydalarına uyğun davranın;- diqqət yayındıran bütün hallardan çəkinin. Yeni ildə də yol hərəkəti qaydalarına riayət etməyiniz diləyi ilə bayramınız mübarək!”.
