
Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.”
Arazmedia.az-ın “Unikal”a istinadən məlumatına görə, qəza şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.Belə ki, hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Ç. Hüseynova və 1992-ci il təvəllüdlü H. Mustafayev müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
