DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Putin Makronla dialoqa hazırdır – Peskov

1 dəqiqəyə oxunur

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla dialoqa hazırdır.

Arazmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, mümkün dialoq hər iki tərəfin mövqeyini anlamaq cəhdi olmalıdır.“Putin həmişə öz mövqelərini izah etməyə, həmsöhbətləri ilə ətraflı, səmimi və ardıcıl şəkildə dialoqa hazırdır”, – deyə Peskov bildirib.

Xatırladaq ki, dekabrın 19-da Makron Rusiya Prezidenti Vladimir Putinlə dialoqun bərpasının Avropa üçün faydalı ola biləcəyini bildiribFransa lideri bu açıqlamanı Aİ ölkələri Ukraynaya 90 milyard avro ayırmaq barədə razılığa gəldikdən sonra verib. O hesab edir ki, qarşıdakı həftələrdə Avropa dövlətləri Rusiya ilə tam hüquqlu dialoqu yenidən başlatmaq üçün yollar və formatlar tapmalıdırlar.