DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Gənc Nəfəs, Böyük İstedad – Kənan Qarabağlı

1 dəqiqəyə oxunur

Son günlər Tiktok platformasında özünün ürəyə yatan, duyğu dolu ifaları ilə hər birimizin qəlbinə yol açan 18 yaşlı gənc istedad – Kənan Qarabağlı artıq minlərlə insanın diqqətini çəkməyi bacarıb. Onun qarmonla yaratdığı səs, sadəcə musiqi deyil; o səsdə bir elin nəfəsi, bir obanın həzinliyi, Qarabağın qüruru, Azərbaycan musiqisinin minillik ruhu var.

Kənanın ifasında sanki görürsən ki, notlar danışır, qarmon nəfəs alır, illərin ustadları bir daha həyat tapır. Bu gənc yaşında belə ağır və məsuliyyətli sənəti ürəyi ilə daşıması, bu sənətə sevgisi hər kəsə örnəkdir. O, təkcə çalmaqla kifayətlənmir – musiqiyə can, duyğu və həssaslıq qatır.Bugünkü gənclik arasında belə istedadların yetişməsi xalqımızın musiqi mədəniyyətinə ən böyük töhfədir. Kənan Qarabağlı kimi sənətsevən, zəhmətkeş gənclər olduğu müddətdə Azərbaycan musiqisi daim yaşayacaq, inkişaf edəcək və yeni zirvələr fəth edəcək.

Eşq olsun sənə, Kənan! Səsinlə, ifanla, sənətə olan sevginlə bu xalqın qəlbində özünə layiqli yer qazanmısan. Yolların açıq, uğurların daim olsun. Barmaqların var olsun, sənətinin ucalığı daimlik qazansın!