
Artıq təxminən 1 ildir ki, bu haqda yazırıq. Lakin ciddiyə alan yoxdur. Söhbət vətəndaş Samir (Aleksandr) Sergeyeviçdən gedir.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu adama şəxsi biznesi üçün cüzi pul lazım olur. O, da bu məbləği düzəltmək üçün “bank maklerinə” müraciət etməli olur. Elə qara günləri də məhz buradan başlayır.
Rus və rus dilli olduğu üçün onu aldadırlar. Nə variantlasa onun Bakıdakı şəxsi evini başqasının adına keçirirlər. Maraqlısı odur ki, bütün bu alğı-satqı bir notariusda baş tutur. Elə təkcə bu fakt hansısa qanun pozuntusunda xəbər vermirmi? Bu halda notariusdan şübhələnmək normal deyilmi?
Bununla bağlı polisə və prokurorluğa çoxlu müraciətlər etsə də, “mülki işdir, burada cinayət tərkibi yoxdur” kimi neqativ cavablar alır. Gəlin biz, buradakı qanuna zidd hərəkətləri göstərək sizlərə. Vətəndaş dişi ilə, dırnağı ilə pis-yaxşı bir ev tikir və birdən gözlənilməz halda başqasının adına keçirir həmin evi. Bu azmış kimi həm də sələmçinin adına keçirir.
Bildiyimiz kimi sələm vermək qanuna və dinimizə ziddir. Həmin prosesdə onlarla zənglər Samir Sergeyeviç tərəfindən video qeydə alınır. Ən maraqlısı isə odur ki, hüquq-mühafizə orqanları sadaladığımız faktların üzərinə getmir, buna sanki normal halmış kimi baxırlar.
Ən nəhayət, bu işi araşdırmağa “Araz Media” olaraq, biz başladıq.
Ardı var, bizi izləyin.
Arazmedia.az