Bakının bir sıra yollarında tıxac yaranıb. Arazmedia.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur. Share