
Təxminən dörd gün qabaq rus millətinin nümayəndəsi olan, Azərbaycan vətəndaşı Samir Sergeyeviçin problemlərini işıqlandırmışdıq. Onun və ailəsinin başına gətirilən qanuna zidd əməlləri işıqlandırmışdıq.
Deməli, bir qrup dələduz şəbəkənin üzvləri bu rus əsilli vətəndaşı aldadaraq tora salmışdır.
Nəticədə adam evini itirmiş, xəstə həyat yoldaşı və hələ 1 yaşı tamam olmamış azyaşlı körpə uşağı ilə küçədə qalmışdır…
Cinayətkar dəstəyə, çirkin əməllərini həyata keçirməkdə əvvəldən, Bakı səhəri, Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilov xüsusi kömək etmişdir. Elə Sergeyeviç pozulan hüquqlarının bərpa edilməsini yuxarı orqanlardan tələb edəndə, Ramin Xəlilov fürsəti əldən verməmiş və Samir Sergeyeviçin tələbi əsasında evinə qoyulan həbsi dərhal aradan qaldırmış, bununla da quldur dəstəyə təcili evin satışına şərait yaratmışdır.
Təsəvvür edin ki, dövlət rəhbərliyi deyir ki, qonşu dövlətlə aramızı daha da soyutmayın, əksinə daha da mehriban olmaq üçün nələrəsə imza atın.
Buna baxmayaraq hakim, rus millətindən olan insanları bilmədiyimiz səbəbdən, bilmədiyimiz marağa görə, daha da qıcıqlandırır, yeri olmayan neqativ hərəkətlərlə onları əzir.
Qeyd edək ki, S. Sergeyeviç o insanlardandır ki, Rusiya Prezidentinin Administrasiyası ona, rus millətinə sonsuz sevgisinə görə xüsusi təşəkkür göndərib.
Xatırladaq ki, Sergeyeviçi hakim xəlilovlar
Azərbaycandan qaçmağa məcbur edirlər.
Sergeyeviç Azərbaycan Respublikasının prezidentindən xahiş edir ki, onu və ailəsini öz halal evinə qaytarsın. Əks-təqdirdə o, vətəndaşlıqdan imtina edəcək və Rusiyadan siyasi sığınacaq istəyəcək.
Düşünürük ki, prezident İlham Əliyev də bu özbaşına hərəkətlər edən hakim barədə ölçü götürəcək, ictimai təhlükə saçan dələduz dəstəni zərərsizləşdirəcək, ən başlıcası da zərərçəkmiş ailəni öz evinə qaytaracaqdır.
Araz Media Qrupu