
Son vaxtlar demək olar ki, bəzi qurumlar ümumiyyətlə heç bir ali məmuru və ya qurumu saymır.
Bu halda da, ölkədə xaos, anarxiya, özbaşınalıq yayılır.
Belə gözüqara qurumlardan biri də məhz TƏBİB-dir.
Vətəndaş TƏBİB deyilən külli-ixtiyar sahibinə müraciət edir ki, mənim sənədlərimi TSEK-ə göndər. (Tibbi Sosial Ekspert Komissiyası)
Birinə gözəl, rahat kabinet, xidməti avtomobil, yüksək maaşlı vəzifə verən hökumət, birilərini də bu tip müftəxorlara möhtac edir. TƏBİB də, TSEK-ə sənəd göndərmir ki, vətəndaş beş-üç manat siqaret pulu ala bilməsin. TƏBİB də deyir mütləq “yatmalıdır” xəstəxanada vətəndaş.
Gəl gör ki, özü buna əməl etmir. Bu qaydanı hərəkətləri ilə sanki təkzib edir. Belə ki, o boyda qanunverici orqan olan Milli Məclisin sədri adından bəlkə də iyirmi dəfə TƏBİB-ə müraciət olunub ki, filan xəstə insana kömək edin.
Amma TƏBİB onu saymır ki, saymır. Bunun da görünən və görünməyən tərəfləri var.
Görünən odur ki, birmənalı deyirlər “çarpayımız” yoxdur. Görünməyən tərəfi isə…
Araz Media Qrupu olaraq düşünürük ki, prezident cənab İlham Əliyev bu qurumun şəffaf fəaliyyəti üçün adekvat addımlar atacaq.
Araz Media Qrupu