DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

“Aleksandr Sergeyeviç Rusiyadan siyasi sığınacaq istəyəcək” – İDDİA

1 dəqiqəyə oxunur

Redaksiyamıza çox ilginc, ürəkdağlayan şikayət daxil olmuşdur.

Azərbaycan vətəndaşı, rus millətinin nümayəndəsi Samir (Aleksandr) Sergeyeviç bildirir ki, onu bir dələduz qrup aldadaraq, dondan-dona girərək, tələyə salmışdır. Nəticə də onun ‘dişi ilə, dırnağı ilə tikib-qurduğu evi əlindən çıxmışdır”. Qarşılaşdığı özbaşınalıqla əlaqədar Samir (Aleksandr) Sergeyeviç Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətlər etmişdir. Şikayətin araşdırılması üçün Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müvafiq tapşırıqlar verilmişdir.

Amma nə fayda? Polis və prokurorluq vətəndaşın pozulmuş hüquqlarının bərpası naminə bir addım da atmamışdır.

Bu halda isə, Aleksandr Sergeyeviç azyaşlı uşağı, hamilə xanımı ilə öz zəhməti ilə tikdiyi evindən çölə atılmışdır. Vəziyyət bu yerə çatanda isə ortalığa çoxlu suallar çıxır.

Hüquq-mühafizə orqanları Azərbaycan Respublikası Prezidentinin mənafeyinə nə üçün hörmət etmir?

Son vaxtlar dövlətlərimiz arasında yaranan gərginliyin aradan qalxmasına niyə çalışmırlar?

Nə üçün dələduz şəbəkəni ifşa etmirlər?

Görəsən, Sergeyeviç Rusiya Federasiyasından sığınacaq istəsə, o zaman nə baş verə bilər?

Xatırladaq ki, Aleksandr Sergeyeviçə Rusiya Federasiyasının Prezident Administrasiyasından rus xalqına hörmətinə, sevgisinə görə təşəkkür məktubu gəlib.

Məsələyə hüquqi yanaşma olanadək, mövzunu gündəmdə saxlayacağıq.

Araz Media Qrupu