DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ukrayna ABŞ-nin seçki keçirmək çağırışını rədd etdi

1 dəqiqəyə oxunur

Ukrayna prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin ABŞ-nin xüsusi nümayəndəsi Keyt Kelloqun ölkədə seçkilərin ilin sonuna qədər keçirilməsi ilə bağlı çağırışına qarşı çıxıb. Arazmedia.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb. “Biz cənab Kelloqun tam müsahibəsini görməmişik, seçkilərlə bağlı bir neçə sitat var, ona görə də onun mövqeyini tam qiymətləndirmək çətindir. Amma onun planı sadəcə atəşkəs və seçkilərdirsə, deməli, bu, uğursuz plandır”, – Litvin yazıb. Xatırladaq ki, Kelloq “Reuters”a müsahibəsində Kiyevi 2025-ci ilin sonuna qədər Ukraynada parlament və prezident seçkilərinin keçirilməsinə çağırıb.