Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib.
Arazmedia.az-ın məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iclasda hüquqazidd əməllərin qarşısının alınmasında vətəndaşların fəallığının artmasına da toxunaraq qeyd edib ki, cinayətkarlığa, onun transmilli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə, yol hərəkəti təhlükəsizliyinin təminində müşahidə olunan müsbət təmayüllər məhz günbəgün möhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürüdür və bu işbirliyi fundamental insan hüquqlarının müdafiəsində, hər bir şəxsin qanuni mənafeyinin cinayətkar qəsdlərdən qorunmasında mühüm rol oynayır.
Nazir cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanlarına yaxından köməklik edən və yüksək mövqe nümayiş etdirən hər bir şəxsə – jurnalistlərə, ictimai fəallara, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə minnətdarlıq ifadə edib.