SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin yaratdığı “Agroficient” startapı 100 min dollar investisiya qazanıb.
Arazmedia.az xəbər verir ki, ali məktəbin Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri Emil Hüseynli və Malik Sultanov “Baku İnvestment Day”də “Clean Tech” kateqoriyasında suvarmaya qənaət edən hidrogel layihəsi ilə qalib olublar.
Layihənin elmi rəhbəri Bakı Ali Neft Məktəbinin İnnovasiya və tədqiqatlar mərkəzinin böyük mühəndisi, BANM-in məzunu Elmar Əsgərzadədir.
Müsabiqədə 12 komanda qalib gəlib. Onlardan dördü Azərbaycandandır.
Azərbaycanın 4 komandasından ikisi isə BANM-in komandasıdır. Beləliklə, 2 komandası qalib gələn yeganə ali təhsil müəssisəsi Bakı Ali Neft Məktəbi olub.
Digərlər qaliblər isə xarici ölkə təmsilçiləridir.
Yeri gəlmişkən, “Agroficient” komandası bir neçə gün əvvəl Portuqaliyada Lissabon Qlobal Sammitində keçirilən yarışda da qalib olub. Komanda Londonda baş tutacaq Qlobal Akselerasiya proqramında Azərbaycanı təmsil edəcək.