Bakı Limanı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Ələt qəsəbəsinin balaca sakinləri ilə qeyd edib
Arazmedia.az quruma isttinadən xəbər verir ki, İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı Limanı tərəfindən “Korporativ sosial məsuliyyət” proqramı çərçivəsində Deniz Mall Ələt qəsəbəsinin balaca sakinləri ilə qeyd olunub. Ələt qəsəbəsinin 60 yaxın 1-4 sinif məktəblisinin qatıldığı tədbir animatorların iştirakı ilə baş tutub. Daha sonra balaca məktəblilər “Garfield” cizgi filminə baxıblar.
“Tədbirin keçirilməsi üçün bizə göstərdikləri dəstəyə görə @cinema_plus_ , “Papa Johns” və “Dəniz Mall” ticarət mərkəzinin rəhbərliyinə təşəkkürümüzü bildiririk” – deyə məlumatda qeyd edilir.