DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

32 il gecikmiş “Son zəng”

1 dəqiqəyə oxunur

Laçın şəhər 2 nömrəli tam orta məktəbin işğaldan əvvəlki sonuncu məzunları yarımçıq qalmış hekayələrini 32 il sonra tamamlayıblar.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, 1992-ci ilin mayın 25-də keçirilən “Son zəng”ə hazırlaşan məzunların arzuları mayın 18-də Laçının işğalı ilə yarımçıq qalmışdı. Həmin məzunlar gecikən “Son zəng”lərini məzunu olduqları Laçın şəhər 2 nömrəli tam orta məktəbdə 32 il sonra vurublar. Bu Laçın azadlığa qovuşduqdan sonra çalınan ilk “Son zəng” olub.