Oktyabrın 30-da M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72.5-ci kilometrlik hissəsində yerüstü piyada keçidinin tikintisi aparılacaq.
Bu barədə Arazmedia.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən həmin hissədə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.