BQXK əvvəldən elan etdi ki, təhlükəsizliyi təmin edilən istənilən yoldan istifadə etməyə hazırdır.
Arazmedia.az xəbər verir ki, bu barədə BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
“BQXK həmçinin onu da bildirdi ki, əlaqədar qurumların qəbul etdiyi yollardan istifadə etməyə hazırdır. Bu hansısa ölkədən icazə almaq məsələsi deyil. Laçın yolundan istifadə edilibsə, deməli razılaşdırılıb. Əlaqədar qurumlar, qəbul edən və çatdıran tərəflər razılaşdırdı və sentyabrın 18-də Ağdam yolu ilə yük keçirildi”, – deyə o, əlavə edib.