2 iyul tarixində saat 22 radələrində Binəqədi rayonu, Binəqədi şosesində BDYPİ-nin yaxınlığında sürücü 1986-cı il təvəllüdlü Abbasov Rəşad Sahib oğlu idarə etdiyi “Mersedes Benz 180” markalı avtomobillə hərəkətdə olarkən yolu keçməkdə olan piyada 1947-ci il təvəllüdlü Məmmədov Ağahüseyn Əzizəli oğlunu vurub.
Arazmedia.az-ın məlumatına görə, piyada aldığı xəsarətlərdən KTM-ə yerləşdirilib.BU gün saat 03 radələrində KTM-də vəfat edib.
Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.