DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Nazir Cəlilabadda fermerlərlə görüşdü

2 dəqiqəyə oxunur

Respublikada taxıl biçini davam edir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Cəlilabad rayonunun Cəngan kəndində müasir dağ kombaynları vasitəsilə keçirilən biçin prosesini izləyib.

Arazmedia.az xəbər verir ki, bu il Cəlilabad rayonunda 65537 hektar sahədə payızlıq taxıl əkilib. Əkinlərin 57337 hektarını buğda, 8200 hektarını arpa sahələri təşkil edir. Rayon üzrə taxıl əkinlərinin 70 faizi relyefi çətin olan dağlıq ərazilərdə yerləşir. Bu səbəbdən artıq üçüncü ildir ki, Cəlilabadda taxıl biçini müasir dağ kombaynları vasitəsilə aparılır.

Yeni nəsil “New Holland TC 5.90 HILLSIDE” dağ kombaynları Azərbaycana 2020-ci ildə gətirilib. Kombaynlar ilk dəfə Cəlilabad rayonunda çətin relyefli sahələrdə test edildikdən sonra fermerlərin ixtiyarına verilib. 6000 lt. həcmli iri taxıl bunkeri və 5 klavişli saman-küləş silkələyici qurğusu olan kombaynlar məhsulu 100 faiz itkisiz yığmağa imkan verir. Bu kombaynlar əsasən Cəlilabad, Yardımlı və Lerik rayonlarının çətin relyefi olan zəmilərində biçinə cəlb olunur.

Hazırda Cəlilabadda taxıl biçinində 163 kombayn iştirak edir. Bunlardan 152-si fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. “Aqroservis” ASC taxıl biçininə 11 kombayn dislokasiya edib ki, bunlardan 7-si müasir dağ kombaynlarıdır.

Artıq rayon üzrə zəmilərin 75 faizində biçin başa çatıb. Sahələrdən 154 min tondan artıq məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 30 sentnerin üzərindədir.
Nazir Məcnun Məmmədov Cəngan kəndində taxıl biçini prosesini izləyib, yerli fermerlərlə görüşüb, biçinin sürətli və itkisiz təşkili üçün görülən işlər barədə məlumat verib. Fermerlərlə müzakirələrdə dağlıq və dağətəyi ərazilərdə dəmyə əkinlər üçün düzgün toxum seçimi, gübrə normaları, taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına riayət etmək, yeni becərmə üsulları və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Cəlilabada səfəri çərçivəsində həmçinin “Aqroservis” ASC-nin Cəlilabad regional nümayəndəliyinə, Əkinçilik Elmi Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasına və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinə baş çəkib, yerli qurumlarda işin təşkili ilə maraqlanıb, əməkdaşlarla görüşüb.