DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

İnsanları süründürənlər, nəyə və kimə güvənirlər – İddia

2 dəqiqəyə oxunur

Haqqında söhbət açacağım adam Zaur Həsənov olacaq.
Bu adam, illər öncə Bakı Limanının Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub.

Bundan sonra isə Şuşa Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri təyin edilib.
Bildiyim qədər yenidən Bakı Limanında çalışmağa başlayıb.

Zaur Həsənov, həmin Zaur Həsənovdur ki, illər öncə yaşlı atamla bərabər məni, dəfələrlə Limanın baş ofisinə dəvət edərək yalançı vədlər vermiş, guya mənimlə işlə 2əlaqədar olaraq əməkdaşlıq təklifi etmişdi. Uzun müddət gözümü yollarda qoyur, “bu gün-sabah” edərək, şirin dili ilə uşaq başı aldadırmış kimi çox asan yolla məni aldatmağa cəhd edir. Aylar keçir, illər ötür, Zaur Həsənovdan xəbər olmur, bir anlıq “yoxa çıxır”.

Maraqlıdır, Zuar Həsənova kim tapşırıb ki, vətəndaşı aldatmaq, onu uzun müddət yollarda qoymaq, yalançı vədlər vermək və s olar.?!
Yoldaş Həsənov, bu hansı insani keyfiyyətlərə sığır?
Səni məcbur edən nə idi axı yaşlı, xəstə atamla bərabər məni yollarda qoydun, mənə hər baxımdan ziyan vurdun? Bir nəfər və yaxud bir dövlət qurumu bu adamı sorğu-sual etmir ki, bu hərəkətin əsas məqsədi nə imiş? Haqq-ədalət olan yerdə belə adamlar ən sərt şəkildə cəzalanmalıdır.
Kimliyindən və şəxsiyyətindən asılı olmayaraq, ixtiyar verilmir ki, hansısa vəzifəli şəxs vətəndaşa qarşı süründürməçilik edə, ona əzab verə ən əsası yalançı vədlər verə…

Yollara sərf etdiyim xərclər, bundan əlavə yolda əlavə xərclər və s.

Düzdür, bir müddət keçib, amma belə bir deyim var: “Qisas qiyamətə qalmaz”
Ələtin çörəyini yedin, Ələt adı ilə ucaldın, vəzifə sahibi oldun bunları unutma, yoldaş Həsənov! Görüşənədək!

Ümid edirəm ki, bu yazımı cənab Taleh Ziyadov oxuyar və Zaur adlı cavan oğlana qarşı tədbirlər görər. Bildiyim qədər, Taleh Ziyadov çox şəxsiyyətli, ən əsası savadlı adamdır. Onu da qeyd edim ki, Taleh Ziyadov hər zaman Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin yanında olur, onlara qayğı göstərir. Yəqin ki, bu işə görə də, Zaur adlı cavan oğlanı sorğu-sual edəcək. Mövzunun ardı tezliklə canlı yayında olacaq və ətraflı şəkildə başıma gələnləri bölüşəcəm.

Ardı var…