“Vaşinqton Əfqanıstanda “İslam Dövləti” (İŞİD) və “Əl-Qaidə” qruplaşmalarını fəal şəkildə dəstəkləyir, ölkədə ABŞ-ın maraqları naminə sabitliyi pozan proseslər gedir”.
Arazmedia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 201-ci Rusiya hərbi bazasına səfəri zamanı deyib.
Rusiyanın xarici işlər naziri ABŞ-ın Tacikistandakı səfiri Manuel Mikallerin Vaşinqtonun zorakı qarşıdurma üsullarından istifadə edən Talibana müxalifəti dəstəkləməməsi və Əfqanıstanda bütün tərəfləri dialoqa çağırması barədə bəyanatına diqqət çəkib.
“Bunlar, diplomatiya dili ilə desək, yalan ifadələrdir. Birmənalı olaraq, ABŞ Əfqanıstanda qalan İŞİD-ə, “Əl-Qaidə”yə və onlarla bağlı olan digər terror strukturlarına fəal dəstək verir. Məqsəd sadədir. Son onilliyin sonunda məqsəd Əfqanıstanın sakitləşməsinə imkan verməməkdir”, – deyən Lavrov, “Burada davamlı olaraq bəzi sabitliyi pozan proseslərin baş verməsi ABŞ-ın maraqlarına uyğundur”-bildirib.