Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Arazmedia.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda: 1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 6. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində; 7. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində; 9. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 11. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur. Share